Avtomobil satışında lider olan ölkələrin adları açıqlanıb
Avtomobil satışında lider olan ölkənin adı açıqlanıb.
BAKU.WS GlobalData-ya istinadən xəbər verir ki, iyul ayında dünyada 7,4 milyon minik və yüngül kommersiya avtomobili satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. Yanvar-iyul aylarında ümumi satış 51,8 milyon ədəd təşkil edib, artım isə 4,8% olub.
Çin iyulda 1,96 milyon avtomobil satışı ilə liderliyini saxlayıb (illik artım 9,2%). ABŞ-da 1,39 milyon (artım 8,6%) avtomobil satılıb. Qərbi Avropada satışlar 3,6%, Şərqi Avropada isə 3,7% artıb.
Mütəxəssislər bildirir ki, Çinin nadir torpaq metalları ixracına nəzarəti sərtləşdirməsi dünya avtomobil bazarında problemlər yarada bilər.
Oxşar xəbərlər
İran və İsrail Putinin vasitəçiliyi ilə gizli mesajlaşıb?
Rusiya Prezidenti Vladimir Putin son günlər həm İsrailin Baş naziri Benyamin Netanyahu, həm də İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. BAKU....