Avstraliyada parlamentə qara çarşafla daxil oldu
Avstraliyada ictimai yerlərdə üzün tam örtülməsinin qadağanını illərdir müdafiə edən "One Nation" Partiyasının senatoru Polin Hanson növbəti dəfə provokativ addım atıb. Belə ki, o, Senatın iclasına qara çarşafla daxil olaraq ölkədə müzakirələri yenidən gündəmə gətirib.
BAKU.WS xəbər verir ki, senat zalına tam örtülü paltarla girən Hanson bir müddət sonra çarşafı çıxararaq bildirib ki, bu çarşafı çıxarmağa sevinirəm, parlamentdə belə geyimə yer yoxdur.
O, illərdir üzün tamamını örtən geyimlərin qadağan edilməsini tələb etsə də, hələlik nəticə əldə etmədiyini deyib.
Hanson iddia edir ki, bu geyimlər qadınları basqı altında saxlayır, Avstraliya mədəniyyətinə inteqrasiyanın qarşısını alır, onların iş tapmasını çətinləşdirir və müasir Qərb cəmiyyətində yeri yoxdur. Senator hesab edir ki, ictimai yerlərdə tam örtülü geyimlərin qadağan olunması modern Avstraliya üçün müzakirəyə açıq olmalıdır.
Hadisə həmkar senatorlar tərəfindən ciddi tənqid edilib.
Qeyd edək ki, Polin Hanson 2017-ci ildə də oxşar şəkildə çarşafla Senata gələrək eyni təklifləri irəli sürmüşdü.
Qalereya
Oxşar xəbərlər
Tramp: Rusiya və Ukrayna nizamlanma üzrə razılaşmaya çox yaxındır
Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün razılığa gəlməyə çox yaxındırlar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şükr...