Avropanın əhalisi 53 milyon azalacaq
Eurostatın yeni proqnozlarına görə, Avropa İttifaqında əhali azalması prosesi başlayır və bu tendensiya əsrin sonuna qədər davam edəcək.
BAKU.WS xəbər verir ki, hesablamalara əsasən, Avropa İttifaqı əhalisi 2100-cü ilə qədər 53 milyon nəfər azalaraq təxminən 400 milyonun altına düşəcək.
Proqnozlara görə, əhali artımı hələlik davam edəcək və 2029-cu ildə 453 milyonla pik həddə çatacaq. Bundan sonra isə uzunmüddətli azalma mərhələsi başlayacaq.
Mütəxəssislər bildirir ki, problem təkcə sayın azalması deyil, həm də əhalinin strukturunun dəyişməsidir. Gənc və əmək qabiliyyətli insanların sayı sürətlə azalacaq, 80 yaşdan yuxarı şəxslərin payı isə iki dəfədən çox artacaq.
Doğum səviyyəsinin aşağı olması əsas səbəb kimi göstərilir. Hazırda Avropada hər qadına düşən doğum sayı təxminən 1,3-dür ki, bu da əhalinin özünü yeniləməsi üçün kifayət etmir.
Bu tendensiya sosial təminat sistemlərinə də ciddi təsir göstərəcək. Daha az işləyən və daha çox pensiyaçı olması pensiya və səhiyyə xərclərini artıracaq.
Məsələyə münasibət bildirən Emmanuel Makron ölkəsində demoqrafik dəyişikliklərlə bağlı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Ekspertlər qeyd edir ki, miqrasiya əhali azalmasını qismən zəiflətsə də, aşağı doğum səviyyəsini tam kompensasiya edə bilmir.
Oxşar xəbərlər
Snapçat şirkəti 1000 əməkdaşını ixtisar edir
"Snapchat" platformasının sahibi olan Snep şirkəti xərcləri azaltmaq və süni intellektə keçidi sürətləndirmək məqsədilə 1000 nəfəri işdən çıxaracağını açıqlayıb...