Avropada qazın qiyməti 700 dollardan aşağı düşüb
Avropa birjalarında təbii qazın qiyməti psixoloji hədd hesab olunan 700 dollar səviyyəsindən aşağı enib.
BAKU.WS xəbər verir ki, TTF indeksi üzrə avqust fyuçerslərinin qiyməti Londonun ICE birjasında gün ərzində 695,7 dollara qədər geriləyib.
Ticarət sessiyasının əvvəlində isə min kubmetr qazın qiyməti 711,5 dollar təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,8% yüksək olub.
Mütəxəssislərin fikrincə, Avropada enerji daşıyıcılarının bahalaşması mart ayında ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra başlayıb. Martın 19-da qiymətlər min kubmetr üçün 853,7 dollara qədər yüksəlmişdi. Buna Qətərin mayeləşdirilmiş təbii qaz istehsalını azaltması da təsir göstərmişdi.
Qeyd edək ki, qazın qiyməti aprel ayında 14%, iyunda isə 6% azalıb. Tarixi maksimum isə 2022-ci ilin yazında qeydə alınıb. Həmin vaxt Avropada qazın min kubmetrinin qiyməti 3892 dollara qədər yüksəlmişdi.
Oxşar xəbərlər
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur". BAKU.WS APA-ya istina...