Avropada 30 ölkə Gürcüstan diplomatları üçün vizasız rejimi dayandıracaq

Avropada 30 ölkə Gürcüstan diplomatları üçün vizasız rejimi dayandıracaq
Dünya 87

Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin xarici işlər nazirləri Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiqləyiblər.

BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi Aİ Şurasında iştirak edən ölkələrdən birinin nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, qərar çoxluq səsi ilə təsdiq edilib.

24 yanvarda Avropa İttifaqına üzv olan 27 ölkənin daimi nümayəndələri Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılması ilə bağlı qərarı qəbul ediblər.

Keçən ilin dekabr ayında Avropa Komissiyası Gürcüstanın xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasını rəsmi olaraq təklif etmişdi.

Bundan əlavə, Aİ-nin nazirləri ötən il dinc etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiqini müzakirə etsələr də, yekdil qərara gələ bilməmişdilər.

Xatırladaq ki, 28 noyabrdan etibarən Tbilisi və Gürcüstanın digər şəhərlərində hakimiyyətin ölkənin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırması ilə bağlı bəyanatından sonra etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, Gürcüstanın baş naziri ölkənin Aİ-yə üzvlük üçün hər şeyi edəcəyini bəyan edib.

Son xəbərlər