Avropa sahillərində təhlükəli zəhəri olan 50 metrlik yırtıcı görünüb

Dəniz bioloqu Alan Deidan Malta sahillərində nəhəng sifonofor görüb.
BAKU.WS xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Deidan, dünyanın ən böyük canlılarından biri hesab edilən nəhəng sifonoforun təxminən 25 metr dərinlikdə fotoşəkilini çəkdiyini iddia edir. Bu növün bəzi nümayəndələri uzunluğu 50 metrə qədər böyüyür və uzunluğu 60 metrə çatan Lineus longissimus dəniz qurdundan sonra ikincidir.
Ov üçün onlar zəhərdən istifadə edirlər ki, bu da təkcə dəniz heyvanları üçün deyil, insanlar üçün də təhlükəli ola bilər.
Bioloq Alan Deidan deyir ki, Praya dubianın qidasına jelatinli dəniz orqanizmləri, kiçik xərçəngkimilər, kiçik balıqlar daxildir.
Oxşar xəbərlər
Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralanıb
Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisə nəticədə 12 hərbçi yaralanı...
