Avropa Rusiyayla nüvə müharibəsinə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa ölkələri vətəndaşlarını Rusiya ilə mümkün nüvə müharibəsinə hazırlamağa başlayıblar.
Bu barədə The Economist nəşri məlumat yayıb.
İsveç əhaliyə beş milyon vərəqə paylayıb. Həmin vərəqələrdə sağ qalmağın əsas prinsipləri izah edilir. Bundan əlavə, hakimiyyət orqanları vətəndaşları ölkəyə hücum olacağı təqdirdə əvvəlcədən hərəkət planı hazırlamağa çağırır.
Nəşrin məlumatına görə, vərəqələrin paylanmasının məqsədi İsveç vətəndaşlarını qorxutmaq deyil, onları hazırlıqlı olmağa sövq etməkdir. Bildirilir ki, belə yanaşma böhran vəziyyətində dövlət strukturlarının yükünü azalda bilər.
Bundan əvvəl Polşa da əhalini müharibəyə hazırlamağa başlamışdı. Varşava milyardlarla avro dəyərində silah almağa və vətəndaşları mümkün hərbi münaqişəyə hazırlamağa başlayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...