Avropa Parlamentinin deputatı: Ukrayna Aİ üzvlüyənə hazır deyil
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Parlamentinin Macarıstandan olan deputatı Kinqa Qal Ukraynanın Avropa İttifaqına sürətlə qəbuluna dair başlanmış danışıqları tənqid edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Deputat bildirib ki, Avropa İttifaqı Ukraynanın sürətlə üzvlüyə qəbul edilməsi istiqamətində daha bir addım atıb. Onun sözlərinə görə, Kiyev hələ də təşkilata üzv olmağa hazır deyil.
"Digər namizəd ölkələr illərlə ciddi şərtləri yerinə yetirməli olduqları halda, Ukraynaya açıq şəkildə hazır olmadığı vəziyyətdə yaşıl işıq yandırılır", - deyə Kinqa Qal vurğulayıb.
Avropa Parlamentinin üzvü hesab edir ki, Ukraynanın Aİ-yə üzvlüyü təşkilata üzv dövlətlər üçün risk yarada və Avropa İttifaqının nüfuzuna zərbə vura bilər.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitində çıxışı zamanı Avropa İttifaqını ölkəsinin birliyə qəbul prosesini sürətləndirməyə çağırmışdı.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...