Avropa Parlamenti SEPAH-ın terror təşkilatı elan olunmasını tələb edir
Avropa Parlamenti İrana qarşı yeni sanksiyaların bir hissəsi olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini tələb edir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola Avstriyaya səfəri zamanı keçirilən mətbuat konfransında bildirib.
"İranda baş verənlərə son qoymalıyıq. SEPAH-ı terror təşkilatı elan etməklə bərabər, sərt sanksiyalar tətbiq etməliyik", - deyə o bildirib.
Metsola əlavə edib ki, ötən həftə Avropa Parlamenti öz təşəbbüsü ilə İran diplomatik korpusunun Brüssel və Strasburqdakı Avropa Parlamentinin iqamətgahlarına baş çəkməsini qadağan edib.
Oxşar xəbərlər
ABŞ-də 90 ildən sonra ilk dəfə açıq edam keçirilə bilər
ABŞ-nin müdafiə naziri Pit Heqset 2009-cu ildə Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən Nidal Malik Həsənin güllələnərək edamının ictimaiyyət tərəfindən izlən...