Avropa Komissiyasının sədri pnevmoniyaya yoluxub

Avropa Komissiyasının sədri pnevmoniyaya yoluxub
Dünya 130

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen pnevmoniyaya (ağciyər iltihabı) yoluxub və yanvarın ilk iki həftəsi vəzifəsini icra etməyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə AK nümayəndəsi Stefan de Keersmaeker "PAP" agentliyinə açıqlamasında deyib.

Bildirilib ki, nəticədə Ursula fon der Leyen yanvarın 3-də Varşavada Polşanın Avropa İttifaqı Şurasına sədrliyinin başlanması mərasimində iştirak etməyəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər