Avropa İttifaqının əhalisi 2100-cü ilədək 53 milyon azalacaq

Avropa İttifaqının əhalisi 2100-cü ilədək 53 milyon azalacaq
Dünya 21

Avropa İttifaqının (Aİ) əhalisinin 2100-cü ilə qədər 53 milyon nəfər azalacağı proqnozlaşdırılır. Bu barədə Eurostat statistika xidməti məlumat yayıb.

BAKU.WS xəbər verir ki, 2025-ci ildə Aİ əhalisi 451,8 milyon nəfər səviyyəsində qiymətləndirilir. Proqnoza görə, əhali 2029-cu ilə qədər artaraq 453,3 milyon nəfərlə pik həddə çatacaq. Bundan sonra isə uzunmüddətli azalma başlayacaq və 2100-cü ildə 398,8 milyon nəfərə düşəcək.

Məlumata əsasən, əsas səbəb doğum səviyyəsinin aşağı olmasıdır. Aİ-də qadın başına düşən doğum göstəricisi təxminən 1,3 olaraq qalır ki, bu da əhalinin təbii bərpası üçün tələb olunan 2,1 səviyyəsindən xeyli aşağıdır.

2012-ci ildən etibarən Avropada ölüm halları doğumları üstələyir. Əhalinin artımını əsasən miqrasiya təmin edir. 2025-ci ildə Aİ-də miqrantların sayı 64 milyon nəfərə çatıb. Bu, illik 3,4% artım deməkdir.

Bununla belə, Avropa Parlamentinin qiymətləndirməsinə görə, miqrasiya təkbaşına əhalinin yaşlanma problemini həll etmək gücündə deyil. Proqnozlara əsasən, 2100-cü ilə qədər 80 yaşdan yuxarı insanların payı 6%-dən 16%-ə yüksələcək, əmək qabiliyyətli əhalinin payı isə azalacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər