Avropa İttifaqı Rusiyanın 180 milyard avrosunu xərcləmək istəyir
Avropa İttifaqında (Aİ) Rusiyaya məxsus dondurulmuş aktivlərin müsadirəsi ilə bağlı Belçikanın mövqeyindən yan keçməklə qərar qəbul edilməsi ehtimalı müzakirə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Avropa Komissiyasının (AK) Rusiya aktivlərindən istifadə planı bu aktivlərin əsas hissəsinin saxlandığı Belçikanın müqaviməti ilə üzləşir. Bununla belə, Ukraynanın bəzi müttəfiqləri Belçikanın razılığı olmadan da hərəkət etməyə hazırdır. Eyni zamanda, bəzi diplomatlar belə bir addımın risklər doğura biləcəyi barədə xəbərdarlıq edirlər.
Bundan əvvəl İtaliyanın Belçika, Malta və Bolqarıstanla birlikdə Aİ-nin Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukraynaya göndərilməsi planına qarşı çıxdığı bildirilmişdi.
Dekabrın 5-də Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Belçikanın baş naziri Bart De Vefer ilə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirəsi məsələsini müzakirə ediblər. Lakin göstərilən səylərə baxmayaraq, Belçika baş nazirini bu addımı atmağa razı sala bilməyiblər.
Moskva Arbitraj Məhkəməsinə Rusiya Mərkəzi Bankının Euroclear-a qarşı 18,1 trilyon rubl məbləğində iddia ərizəsi daxil olub. Belçikada yerləşən depozitaridə Rusiya tənzimləyicisinə məxsus 180 milyard avro dəyərində dondurulmuş aktiv saxlanılır.
Oxşar xəbərlər
Əməkdar artist parkinqdə qadınla dava etdi
Başqırdıstanda tanınmış sənətçi dayanacaqda qadın sürücü ilə dava edib. BAKU.WS xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb. Bildirilib ki...