Avropa İttifaqı genişmiqyaslı müharibəyə hazırlaşır?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo Avropa İttifaqının (Aİ) genişmiqyaslı müharibəyə hazırlaşdığını bəyan edib.
BAKU.WS xəbər verir ki, bu barədə siyasətçi "X" səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, buna Finlandiyanın keçmiş prezidenti Sauli Ninistenin hazırladığı məruzə dəlalət edir.
Məruzədə Avropa ölkələrinin sakinləri arasında fövqəladə vəziyyət zamanı üç günlük ehtiyat toplamağın zəruriliyi təbliğ olunur. Filippo hesab edir ki, bu yolla insanlar Rusiya ilə münaqişəyə hazırlanır.
Siyasətçi əlavə edib ki, belə bir vəziyyət "tam ağılsızlıqdır". O, hətta Fransanı Avropa İttifaqından çıxmağa və birliyi məhv etməyə çağırıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...