Atışma MKİ-nin Lenqlidəki qərargahı yaxınlığında baş verib
22
may
2025
17:29
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahı yaxınlığında atışma olub.
BAKU.WS xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilib ki, atışma MKİ-nin Virciniyadakı qərargahının yaxınlığındakı Lenqlidə baş verib. Təhlükəsizlik işçiləri naməlum şəxsə atəş açıb.
Hazırda xüsusi xidmət binasının əsas girişi bağlıdır.
Atışmanın "təhlükəsizlik hadisəsi" səbəbindən baş verdiyi bildirilir.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır
ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və digər ölkələrdə amerikalılara qarşı hücumlar hazırladığı barədə məlumat əldə edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...