Atası icazə vermədiyi üçün oxumayan qadın 81 yaşında məktəbə başladı

Atası icazə vermədiyi üçün oxumayan qadın 81 yaşında məktəbə başladı
Foto
Dünya 210

Türkiyədə, Samsunun Atakum rayonunda atasının "Qız uşaqlarına oxumaq olmaz" deyərək məktəbə göndərməditi Resimye Sağır 81 yaşında özəl məktəbdə təhsil almağa başlayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Atakum Qocalar Evi Yaşlılara Baxım və Reabilitasiya Mərkəzinin "Xəyallarım gerçəkləşir" layihəsi çərçivəsində Resimye Sağır oxumaq və yazmaq arzusunu həyata keçirmək üçün ilk addımı atıb.

"Qızlar oxuya bilməz" deyən atası onu məktəbə göndərmədiyi üçün Sağır, sonralar öz zəhməti ilə oxumağı öyrənsə də, yazmağı öyrənə bilməyib. Məktəb forması geyinmək arzusu həmişə onun içində qalıb.

Lakin indi yaşlı qadın bu arzusunu reallaşdırmağa nail olub.

Oxşar xəbərlər

Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən

Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətulla...

63 Dünya 18:18 20 oktyabr 2025

Son xəbərlər