"Aşk-ı Memnu"nun əfsanəvi məkanı fantastik qiymətə satışa çıxarıldı
Türkiyənin məşhur serialı "Aşk-ı Memnu"nun unudulmaz məkanı - Arsen Xanımın 23 otaqlı möhtəşəm Çatalca ferması 135 milyon lirə qiymətlə satışa çıxarılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Ziyagil ailəsinin şəhər həyatından qaçdığı və Bihterlə Behlülün yasaq eşq hekayəsinin dönüş nöqtələrinə səhnə olan mülkün satışı əmlak elanı saytında yer alıb.
23 otaqdan ibarət olan bina daş memarlığı, geniş ərazisi və təbii teksturası ilə həm daşınmaz əmlak həvəskarlarının, həm də nostalji həvəskarlarının diqqətini çəkir.
Məkan, 2008-2010-cu illər arasında Kanal D-də yayımlanan "Aşk-ı Memnu" sevərlər üçün xüsusi məna kəsb etdiyini göstərir. Satış prosesi ilə bağlı əmlak sahibi və ya müvafiq daşınmaz əmlak idarəsindən hələlik rəsmi açıqlama verilməyib.
Qalereya
Oxşar xəbərlər
İsrail Qəzza zolağından daha bir girovun qalıqlarını təhvil alıb
İsrail hərbçiləri Qəzza zolağından daha bir girovun meyitini təhvil alıblar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin...