Argentinada sel: Ölümlərin sayı 16-ya çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Argentinada şiddətli yağışların səbəb olduğu seller liman şəhəri Bahia Blanca-da ciddi fəlakətə yol açıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Buenos Ays əyalət polisinin verdiyi açıqlamaya görə, sellerdə həyatını itirənlərin sayı 16-ya yüksəlib və axtarış-xilasetmə işləri fasiləsiz davam edir.
Bahia Blanca-da ev və iş yerləri su altında qalıb, elektrik kəsilib və suların çəkilməsi gözlənilir. Təhlükəsizlik naziri Patricia Bullrich və Müdafiə naziri Luis Petri fəlakətin yaşandığı ərazidə şəraitlə bağlı yoxlamələr aparıb.
Yerli mətbuata görə, Bahia Blanca şəhərindən 900-dən artıq nəfər təxliyə edilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...