Apple yeni kompüterlərini təqdim edəcək

Apple yeni kompüterlərini təqdim edəcək
Dünya 51

"Apple" şirkəti yaxın günlərdə yeni kompüterlərini ictimaiyyətə təqdim edəcək.

Bu barədə "Apple" şirkətinin marketinq şöbəsinin rəhbəri Qreq Cosviak bildirib:

"Bazar ertəsi səhər başlayacaq həyəcan verici elanlar həftəsi bizi gözləyir. Bizimlə qalın".

Gözlənilir ki, "Apple" yenilənmiş "Mac", "Mac mini" və "MacBook Pro" modellərini təqdim edəcək.

Həmçinin bazar ertəsi iOS 18.1, iPadOS 18.1 və OS Sequoia 15.1 yeniləmələrinin buraxılışı planlaşdırılır. Güman edilir ki, buna görə yeni kompüterlərin anonsu çərşənbə axşamı və ya bütün həftə ərzində baş tuta bilər, buna Cosviakın özü işarə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər