Apple ABŞ-nin yeni gömrük rüsumlarından yayınmaq üçün təcili addım atdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin 5 apreldən etibarən bir sıra məhsullara əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamasının ardından Apple Hindistan və Çindən üç gün ərzində beş təyyarə dolusu iPhone və digər texniki avadanlığı ABŞ-yə göndərib.
BAKU.WS xəbər verir ki, bu addım şirkətin əlavə xərclərdən yayınaraq qiymətləri sabit saxlamaq strategiyasının bir hissəsidir.
Apple-ın istehsal mərkəzləri yeni tariflərə hazırlıqlı şəkildə məhsulları əvvəlcədən yola salaraq itkiləri minimuma endirib.
Şirkət yaranmış vəziyyətə baxmayaraq, nə Hindistanda, nə də digər ölkələrdə cihazların qiymətlərini artırmağı planlaşdırmır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...