Aparıcı doğuş sancılarına baxmayaraq canlı yayımı tərk etmədi

ABŞ-nin CBS telekanalının WRGB bölməsində çalışan xəbər aparıcısı Olivia Jaquith canlı yayımdan bir qədər əvvəl doğuş sancıları başlamasına baxmayaraq proqramı təqdim etməyə davam edib. O, sularının gəldiyini görsə də, xəstəxanaya getmək əvəzinə xəbər masasının arxasına keçib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, canlı yayımda aparıcının həmkarı Julia Dunn izləyicilərə vəziyyəti belə izah edib: "Bu səhər Olivia-nın sancısı tutdu amma o, hələ də xəbərləri çatdırmaq üçün buradadır."
Jaquith isə efirdə "Hələ erkən sancılardır, indi özümü yaxşı hiss edirəm. Bacardığım qədər burada qalacağam" deyə bildirib. O, doğuş vaxtından iki gün keçdiyini də açıqlayıb.

Jaquith gülərək kameraya belə deyib: "Bu mənim ilk hamiləliyimdir, nə edəcəyimi tam bilmirəm. Dünən məşq zamanı sancılar hiss etdim, amma fikir vermədim".
Həmkarları onu xəstəxanaya getməyə razı salmağa çalışsalar da, aparıcı işini davam etdirməyə üstünlük verib.
Kanalın açıqlamasında bildirilib: "Olivia-nın hekayə anlatma sevgisi və tamaşaçılarımıza bağlılığı daim görünür. Biz tezliklə komandanın yeni üzvünü qarşılamaqdan məmnunuq."
Fevral ayında hamilə olduğunu açıqlayan Jaquith və əri Tyn oğlan övladı gözləyirlər. Hadisə canlı efirin ən yaddaqalan anlarından biri kimi tarixə düşüb.

Oxşar xəbərlər
ABŞ-də təyyarə qəzası olub, ölənlər var
ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində "Cessna" təyyarəsinin yaşayış məntəqəsinə çırpılması nəticəsində bir neçə nəfər ölüb. BAKU.WS "Report"a istinad...
