Aparıcı canlı yayımda gözündən zərbə aldı - ANBAAN VİDEO
Yeni Zelandiyanın Auckland şəhərində fəaliyyət göstərən "Te Ao with Moana" proqramının reportyoru Cessika Tayson çəkiliş zamanı baş verən gözlənilməz hadisə ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, hadisə şəhərin Mərkəzi Biznes Dairəsində (CBD) süjet hazırladığı an qeydə alınıb.
32 yaşlı jurnalist parlaq çəhrayı kofta və qara ətəkdə kamera qarşısında danışarkən güclü külək səbəbindən idarəetməni itirən qağayı qəfil onun üzünə çırpılıb.
Zərbədən sonra Tayson gözünü tutaraq "Ay Allah!" deyib və dərhal ağrının göz nahiyəsində olduğunu bildirib. Operator isə onun qanadığını söyləyib.
Hadisədən sonra jurnalist qaşının üstündə yaranmış kəsiyi sosial şəbəkədə paylaşaraq belə yazıb:
"Sadəcə işini görürsən, amma təbiətin başqa planları var".
Oxşar xəbərlər
Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
Azərbaycanda ayaqqabı istehsalı iki faizdən çox artıb. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 936 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statist...