Ancelina Colinin adı Epşteynin sənədlərində yer alıb
Hollivud aktrisası Ancelina Coli rejissor kimi çəkdiyi filmlərin premyera nümayişlərinə qalmaqallı maliyyəçi Ceffri Epşteyni ən azı iki dəfə dəvət edib.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında dərc olunan məxfiliyi ləğv edilmiş sənədlərdən məlum olub.
Sənədlərə əsasən, Coli Epşteynə 2014 və 2017-ci illərdə elektron poçt vasitəsilə dəvət göndərib. İlk dəfə Hollivud ulduzu onu "Sarsılmaz" ("Unbroken") filminin qapalı nümayişinə və premyera gecəsinə çağırıb. Epşteyn məktuba cavab olaraq "mütləq nümayişdə olacağını" bildirib.
Üç il sonra Ancelina Colinin "Əvvəlcə atamı öldürdülər" ("First They Killed My Father") filmi ekranlara çıxanda da oxşar dəvət göndərilib. Epşteyn bu məktuba da təşəkkür edərək dəvəti qəbul etdiyini yazıb.
Oxşar xəbərlər
Netanyahu fevralın 11-də ABŞ-də Trampla görüşəcək
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat y...