Ancelina Colidən sonra bu rolu Sofi Törner oynayacaq
Aktrisa Sofi Törner Hollivud ulduzu Ancelina Colinin oynadığı rolu canlandıracaq.
BAKU.WS xəbər verir ki, "Tomb Raider" adlı animasiya serial olacaq.
Ekran işində Lara Kroft rolunu Sofi Törner oynayacaq. Serialda arxeoloq və macərapərəst Lara Kroftun başına gələnlərdən bəhs olunur.
Xatırladaq ki, bu günə qədər "Tomb Raider" adında üç film çəkilib. İlk ekran işi 2001-ci ildə çəkilən "Lara Croft: Tomb Raider"dir. Baş rolu Ancelian Coli canlandırıb.
İkinci film 2003-cü ildə "Lara Croft: Tomb Raider The Cradle of Life" adı ilə ekranlara gəlib. Üçüncü ekran işi olan "Tomb Raider" isə 2018-ci ildə çəkilib.
Məlumat üçün bildirək ki, 28 yaşlı aktrisa Sofi Törner sonuncu dəfə "Joan" adlı serialda rol alıb.
Qalereya
Oxşar xəbərlər
Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
Azərbaycanda ayaqqabı istehsalı iki faizdən çox artıb. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 936 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statist...