Ana internetdə canlı yayım açanları dəstəkləmək üçün uşaqlarını satdı

Çində ana iki oğlunu 11600 dollara satıb və pulu strimerlərə ( internetdə canlı yayım (strimi) aparan şəxs) ianə və paltar almağa xərcləyib.
BAKU.WS xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Məlumata görə, 26 yaşlı Huanq əvvəllər övladlığa götürülmüş qız olub və qayğısızlıq ucbatından evi erkən tərk edib.
Bundan əlavə, qızın yalnız ibtidai məktəb təhsili var. 2020-ci ilin oktyabrında o, ilk oğlunu dünyaya gətirib və maddi problemlərə görə onu 6300 dollara bir qadına satıb. Huanq bütün pulu yayımçılara hədiyyələrə və ianələrə xərcləyib.
Pulu bitən qadın satmaq xatirinə yenidən ana olmaq qərarına gəlib. 2022-ci ildə ikinci oğlunu dünyaya gətirib və onu 5300 dollara satıb. Qız yenə pulu ianələrə və paltarlara xərcləyib.
Oğlanlar yeni "sahiblərindən" alınaraq qəyyumluğa verilib. Huanq isə də fırıldaqçılıq və insan alverinə görə beş il iki ay həbs cəzasına məhkum edilib.
Oxşar xəbərlər
"Kızılcık Şerbeti" aktrisası 5 ilə qədər həbs oluna bilər
"Kızılcık Şerbeti" serialının aktrisası Feyza Civelek 5 ilə qədər həbs oluna bilər. BAKU.WS xəbər verir ki, keçmiş sevgilisinin dostunu təhdid etdiyinə görə onu...