Amerikalı boksçu 76 yaşında vəfat etdi
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, amerikalı Corc Forman 76 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə onun yaxınları instaqramda bildiriblər.
"21 mart 2025-ci ildə yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən sevimli Corc Edvard Formanın vəfatını dərin hüznlə bildiririk. Dualarınıza görə minnətdarıq", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, Corc Forman 1949-cu ildə ABŞ-də doğulub. O, iki dəfə ağır çəki üzrə dünya çempionu olub. Amerikalı Dünya Boks Şurasının (WBC), Ümumdünya Boks Assosiasiyasının (WBA), Beynəlxalq Boks Federasiyasının (IBF) və Ümumdünya Boks Təşkilatının (WBO) çempionu olub.
Karyerasına yekun vurduqdan sonra isə sahibkar kimi fəaliyyət göstərib.
Qalereya
Oxşar xəbərlər
Güllü cinayəti ilə bağlı etiraf: "Qızı öldürdüyü anasının cənazəsində "Oskar"lıq rol oyanyırdı"
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı aparılan məhkəmə prosesində hadisənin təfərrüatlarını dəyişə biləcək yeni səs yazısı ortaya çıxıb. Hadisə gecəsi mənzi...