Almaniyanın qərbində bir həftə ərzində üçüncü partlayış baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın qərbində Bonn yaxınlığındakı yaşayış binasının girişində baş verən partlayış həftənin əvvəlindən regionda üçüncü belə hadisədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, partlayışda heç kim xəsarət almayıb.
Hadisə Bonnla həmsərhəd olan və Köln inzibati ərazisinə daxil olan Vaxtberq icmasında baş verib. İlkin məlumatlara görə, söhbət aşağı gücə malik partlayıcı qurğudan gedir.
Şübhəlilərin axtarışı hələ ki, heç bir nəticə verməyib. Polis ehtimal edir ki, hadisə bu həftə Kölndə baş verən partlayışlarla əlaqəlidir.
Hüquq-mühafizə orqanları insidentlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Niderland mütəşəkkil cinayətkar qruplarının əli ola biləcəyini düşünür
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...