Almaniyada quş qripi yayılıb: 400 mindən çox quş məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada H5N1 tipli quş qripi epidemiyası nəticəsində 400 mindən çox ev quşu itlaf edilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, virus ilk olaraq Brandenburg əyalətində aşkarlanıb, daha sonra digər bölgələrə yayılıb. Ən çox yoluxma halları Mecklenburg-Vorpommern və Brandenburgda qeydə alınıb.
Fridrix Löffler İnstitutunun rəhbəri Krista Kühn vəziyyətin sürətlə dəyişdiyini və yoluxma hallarının artmasının mümkün olduğunu bildirib. O, insanlara ölü vəhşi quşlardan uzaq durmağı və fermalara girməməyi tövsiyə edib.
Epidemiya nəticəsində istehsalçılar milyonlarla avro zərər görüb. Kənd təsərrüfatı naziri Alois Rainer itlaf edilən heyvanlar üçün təzminat məbləğinin artırılmasını təklif edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...