Almaniyada Ford-un iki zavodunda işçilər tətilə çıxacaq

Almaniyada "Ford "şirkətinin iki zavodunun işçiləri ixtisarlarla bağlı narazılıq səbəbindən tətil keçirməyə hazırlaşırlar.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Amerikanın avtomobil istehsalçısı olan Ford-un Köln şəhərində yerləşən iki zavodunun əməkdaşları çərşənbə günü etiraz aksiyasına başlayacaq. Şirkətin istehsalat şurasının rəhbəri qeyd edib ki, Avropa zavodlarında iş yerlərinin ixtisarı ilə bağlı gərginlik artmaqdadır.
Xatırladaq ki, "Ford" 2024-cü ilin sonunda Avropadakı işçi heyətinin 14 faizinin ixtisar olunacağını elan etmişdi. Bu addım əsasən Böyük Britaniya və Almaniyada yerləşən zavodlara təsir edəcək. Şirkət bu qərarını elektrik avtomobillərinə olan zəif tələbat və yeni texnologiyalara keçidlə bağlı dövlət dəstəyinin kifayət qədər olmaması ilə izah edib.
Ford rəhbərliyi gözlənilən tətil ilə bağlı hər hansı şərh verməkdən imtina edib.
Oxşar xəbərlər
Zelenski: Hamı Türkiyədə Putinlə görüşə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir. BAKU.WS "Re...
