Almaniyada 200 avtomobil göyərçinə görə parkinqdə ilişib qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Ştutqart şəhərində yanğın siqnalının kortəbii işə düşməsindən sonra 200-dən çox sürücü dayanacaqda qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bu işə salındıqdan sonra dayanacaqdakı qapılar avtomatik bağlanıb və 200-dən çox avtomobil binada qalıb. Siqnalın nasazlığına səbəb göyərçinlər olub.
Göyərçinlər tərəfindən çirkləndirilmə qısaqapanma ilə nəticələnib. Eyni zamanda yanğınsöndürənlərə avtomatik çağırış olmayıb və yanğınsöndürənlər baş verənlərdən 2 saat sonra xəbər tutub. 3 saat sonra isə xilasetmə əməliyyatına başlayıblar.
Maşınları və onların sahiblərini xilas etmək üçün yanğınsöndürənlər darvazanı kəsməli olublar. Sürücülərdən biri bağlanmış dayanacaqda bir neçə saat keçirdikdən sonra operatoru ilə əlaqə saxlayıb. Dəymiş ziyana görə ömürlük pulsuz parkinq hüququ tələb edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...