Almaniya yeni uzaqmənzilli qanadlı raketlər almağı planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Müdafiə Nazirliyi yeni "Taurus" uzaqmənzilli qanadlı raketləri almağı planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.
Nəşrin məlumatına görə, Almaniyanın Müdafiə Nazirliyi Bundesveri (Almaniya Silahlı Qüvvələrini - red.) yeni "Taurus" modeli ilə təchiz etmək niyyətindədir.
Müvafiq olaraq, hərbi baxımdan təxminən 2,1 milyard avroya 600 "Taurus Neo" qanadlı raketlərinin sifariş edilməsi məqsədəuyğundur.
İlk tədarüklər 2029-cu ildə edilə bilər. Lakin maliyyə vəziyyətinin ağır olması səbəbindən bu layihə hələlik Almaniya Müdafiə Nazirliyinin fərdi planına yalnız variant kimi daxil edilib.
Layihəni həyata keçirmək üçün quruma 2025-ci ildə cəmi 350 milyon avro lazımdır, belə ki, yüksək texnologiyalı silahlara görə xərclərin böyük hissəsi 2029-cu ildən tez ödənilməyəcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...