Almaniya və Türkiyə Ukraynada müharibənin başa çatdırılması üçün imkanları araşdırır

Berlin və Ankara Ukraynada müharibənin başa çatdırılması üçün imkanları araşdırmaq üçün səy göstərirlər.
"Report" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında söyləyib.
Şolts qeyd edib ki, onun ölkəsi və Türkiyə Ukraynadan yanadır.
"Lakin eyni zamanda biz bu müharibənin davam etməməsi üçün nə etmək lazım olduğunu öyrənmək üçün səy göstəririk", - o bildirib.
Bununla yanaşı, Şolts vurğulayıb ki, Berlin və Ankara Ukraynada münaqişə fonunda NATO çərçivəsində birgə qətiyyətli addımlar atmağın zəruri olduğu barədə həmfikirdirlər.
Oxşar xəbərlər
Meqan Markl Şahzadə ərinin nadir fotosunu paylaşdı
2020-ci ildə Britaniyada kral ailəsindən ayrılan və ABŞ-yə köçən şahzadə Harrinin həyat yoldaşı Meqan Markl həyat yoldaşının nadir fotosunu yayımlayıb. BAKU.WS...
