Almaniya Ukraynaya 50 min zərbə PUA-sı göndərməyə hazırlaşır

Almaniya Ukraynaya 50 min zərbə PUA-sı göndərməyə hazırlaşır
Dünya 8

Almaniya Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə 50 min zərbə tipli pilotsuz uçuş aparatının (PUA) tədarükünü maliyyələşdirəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, sifarişə Ukraynanın aparıcı istehsalçılarından olan SkyFall şirkətinin hazırladığı Shrike pilotsuz aparatları daxildir. Dronlar ABŞ-ın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən Auterion şirkətinin proqram təminatı ilə təchiz olunacaq. Bu sistem uçuşun son mərhələsində hərəkətdə olan hədəfləri avtonom şəkildə müəyyənləşdirərək zərbə endirmək imkanına malikdir.

"Auterion"un baş icraçı direktoru Lorens Mayer müqavilənin imzalandığını təsdiqləyib. Onun sözlərinə görə, layihənin ümumi dəyəri təxminən 90 milyon avro (103 milyon ABŞ dolları) təşkil edir və maliyyələşdirmə Avropa ölkələrindən biri tərəfindən təmin edilir.

Mayer qeyd edib ki, sifariş edilən pilotsuz aparatların bir hissəsi artıq Ukraynaya təhvil verilib, qalanlarının isə ilin sonunadək çatdırılması nəzərdə tutulur.

Almaniya Müdafiə Nazirliyi isə əməliyyat təhlükəsizliyini əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər