Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək
Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə kansler Fridrix Merts ölkənin qərbində Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən Fransa-Almaniya Nazirlər Şurası görüşünün yekunlarına əsasən bildirib.
"Almaniya və Fransa müdafiə sahəsində əməkdaşlığı dərinləşdirir. Biz Avropa çəkindirməsini gücləndiririk. Bu ildən başlayaraq Fransa Silahlı Qüvvələri ilə nüvə təlimlərində iştirak edəcəyik", – Merts qeyd edib.
Dünən Almaniya və Fransa Hərbi Hava Qüvvələrinin birgə təlimlərini keçirərək nüvə çəkindirməsi sahəsində əməkdaşlıq barədə mart ayında əldə edilmiş razılaşmanı ilk dəfə olaraq praktikada həyata keçiriblər.
Daha əvvəl 8 ölkə - Böyük Britaniya, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarka - Makronun nüvə çəkindirməsi üzrə təşəbbüsünə qoşulub. Norveç ilkin olaraq bu məsələni Parislə müzakirə etməyə hazır olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Meksikada 7,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Meksikada 7,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərk...