Alimlərdən ŞOK AÇIQLAMA: Alzheimer xəstəliyi atadan keçə bilir
Kanadalı ailmlər uzun müddətdir Alzheimer xəstəliyi ilə bağlı araşdırmalar aparıblar. Əvvəllər bu xəstəliyinin daha çox qadınlarda olduğu düşünülürdü. Lakin tədqiqatların yekununda atası Alzheimer xəstəsi olan uşaqların beynində "Tau" adlı toksiki maddənin yayılması prosesinin daha güclü olduğu ortaya çıxıb.
![]()
BAKU.WS xəbər verir ki, "Tau", "Amiloid" adlı başqa bir proteinlə birləşərək beyində düyünlər yaradır. Düyünlər ən ağır xəstəlik olan Alzheimerə gətirib çıxarır. Bu səbəbdən atası Alzheimer olan uşaqlar daha çox tez bu xəstəliyə tutulur.
"McGill" Universitetinin bir qrup əməkdaşı Alzheimer xəstəsi olan şəxslərin beynində "Tau" proteinin yayılmasına qarşı həssas olduqlarını vurğulayıblar.
Lakin bəzi mütəxəssislər bu fikirlə razı deyil və daha da geniş araşdırılma tələb edirlər
Kanadalı alimlər bu tədqiqatı ailələrində Alzheimer xəstəsi olan, lakin özlərində heç bir problem olmayan 68 yaşındakı 243 nəfər arasında aparıb.
Onların bəzilərində xəstəliyin başlandığı ilə bağlı kiçik əlamətlər aşkarlanıb.
"Neurology" jurnalında qeyde dilən məqaləyə əsasən, atası Alzheimer xəstəsi olanların beyinində "Tau" adlı toksiki maddənin daha çox yayıldığı aşkarlanıb.
Alzheimer xəstəliyi İngiltərədə geniş vüsət alııb. "Alzheimer's Research UK"in açıqlamasına görə 2022-ci ildə bu xəstəlikdən ölənlərin sayı 74 min 261 olub. Bu rəqəm bir il əvvəl isə 69 min 178 olub.
Oxşar xəbərlər
Tramp Kolumbiya Prezidentini hədələyib, subsidiyaları dayandırıb
ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu narkotik ticarətinin rəhbəri adlandırıb. BAKU.WS APA-ya itinadən xəbər verir ki, Donald Tramp bu...