Alimlər XƏBƏRDARLIQ ETDİ! - Nəhəng qaya parçası Yer və Ayla toqquşa bilər - Bu TARİXDƏ…
![Alimlər XƏBƏRDARLIQ ETDİ! - Nəhəng qaya parçası Yer və Ayla toqquşa bilər - Bu TARİXDƏ…](https://baku.ws/storage/photos/uploads/thumbs/large/Xf348TlVDseAlnFOSui3PFNPuQ9xsKi0LLnTs6NP.webp)
2024 YR4 asteroidi Yerə doğru irəliləyir, lakin Ayın zərbə alması ehtimalı çox azdır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, alimlər Piza qülləsi ölçüsündə qaya 22 dekabr 2032-ci ildə 2,1% ehtimalla Yerə dəyəcəyini proqnozlaşdırılır.
Arizona Universitetinin mühəndisi David Rankinin yeni orbital hesablamaları obyektin Aya dəymə ehtimalının təxminən 0,3 faiz olduğunu göstərir.
Belə bir ssenari bəşəriyyət üçün daha yaxşı olardı. Ayda diametri 500 ilə 2000 metr arasında olan krater əmələ gələrdi, lakin Yerə zərər dəyməzdi.
Rankin deyir: "Onun Yerə dəyə biləcək bəzi materialı atması ehtimalı var, lakin bunun hər hansı ciddi təhlükə yaradacağına çox şübhə edirəm".
Professor Gareth Collins isə deyir:
"Biz Yer üzündə tamamilə təhlükəsiz olardıq".
Onun fikrincə, atılan materialın kiçik fraqmentləri Yerə çata bilər, lakin atmosferdə yanacaq.
Yerdən fərqli olaraq, Ayın onu 2024 YR4-dən qoruyacaq atmosferi yoxdur. Belə ki, o, 50.000 km/saat sürətlə vurarsa, Xirosimaya atılan atom bombasından 343 dəfə güclü partlayışa səbəb olacaq.
Oxşar xəbərlər
Koreyada gərginlik: ABŞ nüvə sualtı gəmi göndərib, Şimali Koreyadan XƏBƏRDARLIQ
Şimali Koreyanın Müdafiə Nazirliyi ABŞ-nin bölgəyə nüvə sualtı gəmisi yerləşdirdiyini bildirərək sərt bəyanat yayıb. BAKU.WS xəbər verir ki, rəsmi Pxenyanın aç...
![](/images/banners/placeholder_home_right_az.jpg)