Alimlər uzunömürlülük üçün xüsusi kefir hazırlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus alimləri uzunömürlü insanların orqanizmində aşkarlanan xüsusi bakteriya əsasında yeni kefir məhsulu üzərində işləyirlər.
BAKU.WS Gazeta.ru-ya istinadən xəbər verir ki, məlumatı ölkənin dövlət agentliyi yayıb.
Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutunun tədqiqat üzrə direktor müavini Pavel Morozik bildirib ki, yenilik son mərhələdədir və tezliklə mağazalarda görünəcək.
Onun sözlərinə görə, belaruslu uzunömürlülərin mikrobiomu araşdırılarkən bağırsaqda yaşayan və sağlamlığa müsbət təsir göstərən xüsusi bakteriya – Akkermansia (akkermansiya) aşkarlanıb. Bu bakteriya bağırsaq divarını yeniləməyə kömək edir, iltihabi prosesləri azaldır və müxtəlif xəstəliklərin riskini aşağı salır.
Alim qeyd edib ki, yeni hazırlanacaq kefir məhsulunun tərkibinə məhz bu bakteriya əlavə olunacaq. Məqsəd bağırsaq mikroflorasını gücləndirməklə ümumi sağlamlığı yaxşılaşdırmaq və ömrün uzanmasına töhfə verməkdir.
Tədqiqatçılar hesab edirlər ki, mikrobiomun düzgün balansı orqanizmin müdafiə mexanizmlərini gücləndirir və yaşlanma prosesini ləngidə bilər. Yeni "uzunömürlülük kefiri"nin bu istiqamətdə mühüm yenilik olacağı gözlənilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...