Alimlər "İncil möcüzəsi"ni təkzib etdilər: Günəşin dayanması əslində tutulma imiş

"İncil"də yer alan məşhur bir möcüzə - Günəşin dayanması ilə bağlı əfsanə elm tərəfindən təkzib olunub. Britaniyalı fiziklər bu hadisənin əslində eramızdan əvvəl 1207-ci il oktyabrın 30-da baş vermiş Günəş tutulması olduğunu müəyyənləşdiriblər.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, "Yeşua" kitabında yazılanlara görə, İsrail övladlarının Amoreylərə qarşı mübarizəsində Yeşua belə dua edir: "Ey Günəş, Gibeon üzərində dayan! Ey Ay, Ayalon vadisində dur!" və nəticədə Günəş və Ay sanki hərəkətsiz qalmışdı. Bu, əsrlər boyu möcüzə kimi qəbul edilirdi.
Lakin Kembric Universitetindən Kolin Həmfris və Oksford Universitetindən Qraham Uoddinqton araşdırmalar nəticəsində bu hadisənin nadir bir təbiət hadisəsi - Günəş tutulması olduğunu ortaya çıxarıblar. Onların fikrincə, həmin dövrdə nə alimlər, nə də hökmdarlar bu cür göy hadisəsinə elmi izah verə bilmirdilər.
Beləliklə, İncilin qədimdə möcüzə sayılan bu hadisəsi günümüzdə elmi izahla izah olunur.

Oxşar xəbərlər
Qadın dələduzlara inanaraq 2 milyonu balkondan atdı
Krımın Sevastopol şəhərində yaşayan qadın dələduzlara inanaraq onlara böyük miqdarda xarici valyuta verib. Bu barədə sosial şəbəkədə məlumat yayıb. Naməlum şəx...