Alimlər beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Northwestern Universitetinin mühəndisləri real beyin hüceyrələri ilə birbaşa əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıblar.
BAKU.WS Nature Nanotechnology jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir ki, laboratoriya şəraitində siçan beyin toxuması üzərində aparılan sınaqlarda bu süni hüceyrələrin real neyronları uğurla aktivləşdirdiyi müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, elastik və nisbətən ucuz olan bu qurğular bioloji sinir şəbəkələri ilə uyğun elektrik siqnalları yarada bilir.
Araşdırmada yarımkeçirici xüsusiyyətə malik molibden disulfid və keçirici qrafen tərkibli xüsusi elektron materiallardan istifadə olunub. Bu materiallar real neyronların siqnal ötürmə davranışını təqlid edə bilir.
Alimlərin fikrincə, bu texnologiya gələcəkdə görmə, eşitmə və hərəkət qabiliyyətinin bərpasına yönəlmiş neyroprotezlərin, həmçinin beyin-kompüter interfeyslərinin inkişafında mühüm rol oynaya bilər.
Tədqiqatçılar hesab edirlər ki, yeni sistemlər həm də süni intellekt avadanlıqlarının enerji sərfiyyatını azaltmağa kömək edəcək. Bu isə daha səmərəli və bioloji sistemlərə yaxın işləyən texnologiyaların yaradılmasına imkan verə bilər.
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. BAKU.WS xə...