Aktrisa 8 illik həyat yoldaşından ayrıldığını ilk dəfə etiraf etdi
Tanınmış aktrisa Pelin Akil şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, tədbirlərdən birində iştirak edən aktrisa ilk dəfə həyat yoldaşı Anıl Altandan ayrıldığını etiraf edib.
Pelin qeyd edib ki, Altanla ayrılsa da övladları üçün dost olaraq qalıblar:
"Biz ər-arvad olaraq yollarımız ayırdıq. Lakin bundan sonra da birlikdə olacağıq. Çünki övladlarımız var. Onsuz da biz bir-birimizi çox sevirik. Hər zaman birlikdəyik. Lakin bu başqa bir şeyə yozulmasın. Bunu da burdan bildirirəm".
Xatırladaq ki, Pelin Akillə Anıl Altan 8 il idi evli idilər. Cütlüyün iki övladı var.
Oxşar xəbərlər
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Venesuelada baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 2954 nəfərə, yaralıların sayı isə 16 592 nəfərə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...