Aİ yeni süni intellekt strategiyasını açıqladı

Avropa İttifaqı, ABŞ və Çin ilə rəqabətə davam gətirmək üçün süni intellektin (Sİ) istifadə sahələrini genişləndirəcək yeni strategiya hazırlayıb.
AB Komissiyası tərəfindən açıqlanan plan çərçivəsində sənaye və elmdə Sİ istifadəsi sürətləndiriləcək, xüsusilə sağlamlıq, enerji, nəqliyyat, inşaat, kənd təsərrüfatı, müdafiə və mədəniyyət sahələrində süni intellektin tətbiqi təşviq olunacaq.
BAKU.WS xəbər verir ki, strategiyaya əsasən, kiçik və orta müəssisələrə Sİ inteqrasiyası üzrə dəstək veriləcək, Sİ dəstəkli tibbi müayinə mərkəzləri qurulacaq və sahələr üzrə qabaqcıl Sİ modelləri hazırlanacaq.
Aİ Komissiyası bu planı həyata keçirmək üçün təxminən 1 milyard avro maliyyə dəstəyi ayıracaq, eləcə də "Ufuk Avropa" proqramı çərçivəsində Sİ sahəsində elmi tədqiqatlara əlavə 600 milyon avro, illik investisiyaları isə 3 milyard avronun üzərinə çıxaracaq.
Yeni strategiya həmçinin
Avropada Sİ sahəsində mütəxəssisləri cəlb etməyi, dövlət xidmətlərinin effektivliyini artırmağı və Sİ innovasiyalarını dəstəkləməyi hədəfləyir.
Oxşar xəbərlər
2025-ci ilin Nobel Kimya Mükafatının qalibləri açıqlandı
2025-ci il Nobel Kimya Mükafatının qalibləri məlum olub. Mükafata yapon alim Susumu Kitagawa, avstraliyalı Richard Robson və amerikalı Omar Yaghi layiq görülübl...
