Aİ WhatsApp-ı "çox böyük platforma" elan etməyə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Komissiyası "WhatsApp" messencerini Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində "Çox Böyük Onlayn Platforma" (Very Large Online Platform – VLOP) kimi tanımağa hazırlaşır.
BAKU.WS xəbər verir ki, Bloombergin məlumatına görə, qərar hələ rəsmi şəkildə elan edilməsə də, Komissiya bu barədə "Meta" şirkətinə məlumat verib. Yeni status Aİ-yə WhatsApp üzərində daha geniş nəzarət səlahiyyətləri verəcək. Platforma məzmun nəzarəti, məlumat paylaşımı, reklam şəffaflığı və müstəqil illik audit kimi əlavə tələblərə tabe olacaq.
Qərar təəccüblü sayılmır - "WhatsApp" 2024-cü ilin ikinci yarısında Avropa İttifaqı ərazisində aylıq 46,8 milyon aktiv istifadəçi göstəricisinə çatdığını açıqlamışdı. DSA qanununa əsasən, bu rəqəm 45 milyonu keçərsə, platforma VLOP statusu alır.
Bu status yalnız "açıq kanallar" funksiyasına aid olacaq və istifadəçilər arasındakı şəxsi mesajlaşma gizliliyinə təsir göstərməyəcək.
Beləliklə, "WhatsApp" "Meta" şirkətinə məxsus "Facebook" və "Instagram"la yanaşı, "Amazon", "Google" və "TikTok" kimi nəhəng platformaların da yer aldığı Aİ-nin VLOP siyahısına daxil olacaq. Bu da o deməkdir ki, "Meta"nın bütün əsas xidmətləri artıq Avropa İttifaqının ciddi nəzarəti altında fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...