Aİ Ukraynaya 3,5 milyard avro yardım göndərəcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynaya 3,5 milyard avroluq yeni yardım ödənişinin ediləcəyini açıqlayıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümü münasibətilə Kiyevdə keçirilən Ukraynaya dəstək mövzusunda beynəlxalq zirvədə çıxış edib. O, Avropanın azad və suveren Ukraynaya inandığını vurğulayaraq, "Ukraynadakı müharibə Avropanın gələcəyi üçün ən əsas və vacib böhran olaraq qalır", – deyə bildirib.
Fon der Lyayen Ukraynanın təkcə öz taleyinin deyil, bütövlükdə Avropanın gələcəyinin təhlükə altında olduğunu qeyd edərək əsas prioritetlərinin Ukraynanın müqavimətini gücləndirmək olduğunu vurğulayıb. O bildirib ki, Aİ və üzv dövlətlər indiyədək Ukraynaya 134 milyard avro dəstək göstərib və bu məbləğin digər bütün ölkələrin yardımlarından daha çox olduğunu iddia edib.
Ukrayna Fondu və G7 krediti sayəsində ölkənin 2025-ci il büdcə kəsirinin aradan qaldırıldığını bildirən fon der Lyayen "Silah və sursat tədarükünü təcili sürətləndirməliyik", – deyə əlavə edib.
Aİ-nin Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayan fon der Lyayen, "Avropa bu kritik məqamda Ukraynanın yanında olmağa davam edir. Ukraynaya 3,5 milyard avroluq yeni yardım ödənişi mart ayında həyata keçiriləcək", – deyə bəyan edib.
Oxşar xəbərlər
NATO: Qrenlandiya Danimarkanın tərkibində qalmalıdır
NATO Qrenlandiyanın Danimarkanın tərkibində qalmalı olduğunu hesab edir və alyansın bütün Arktika ölkələrini Arktikada Rusiya və Çinə qarşı mübarizədə fəal əmək...
