Aİ Qəzzada atəşkəsin uğuru üçün üzərinə düşəni etməyə hazırdır
Avropa İttifaqı (Aİ) Qəzzada atəşkəsin uğurla həyata keçməsi üçün beynəlxalq dəstəyin vacib olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, Aİ-nin ali nümayəndəsi Kaja Kallas deyib ki, Birlik bu istiqamətdə üzərinə düşəni etməyə hazırdır.
Onun sözlərinə görə, israilli girovların azad edilməsi diplomatiya üçün böyük uğurdur və sülh yolunda mühüm addımdır.
Kallas əlavə edib ki, Aİ-nin Refah sərhəd-keçid məntəqəsindəki EUBAM missiyası 15 oktyabrda fəaliyyətini bərpa edəcək.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen isə bildirib ki, Avropa Qəzzanın yenidən qurulmasına maliyyə dəstəyi göstərəcək və Fələstin rəhbərliyinə islahatlarda yardım edəcək.
Oxşar xəbərlər
Tramp: "Üçüncü dünya ölkələrindən miqrasiyanı daimi olaraq dayandıracağam"
ABŞ prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən ABŞ-yə miqrasiyanın tam dayandırılması barədə qərar qəbul edib. BAKU.WS xəbər verir ki, bu barədə o, "Tru...