Aİ-nin xüsusi nümayəndəsi: "Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Mərkəzi Asiya müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlığı gücləndirməlidir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan xüsusi sessiyada deyib.
O bildirib ki, regionda ölkələrin sıx əməkdaşlığı bölgəyə fayda gətirə bilər:
"Mərkəzi Asiya Avrasiya qitəsinin ortasında yerləşir və qonşuluğunda müəyyən ölkələr var. Hansı ki o dövlətlərin də özünə görə çağırışları var. Bunun üçün də Mərkəzi Asiya ölkələri bir-birinə dəstək olmalıdırlar. İqlim, su mövzusu sözügedən coğrafiya üçün olduqca ciddi məsələlərdir. Ölkələr təcrübə mübadiləsi etməlidirlər. Azərbaycan da bu bölgə üçün önəmlidir. Təhlükəsizlik, idarəçilik, sabitlik, iqtisadi məsələr və s. sahələr üzrə Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir".
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...