Ağıla sığmayan üsulla QAÇAQMALÇILIQ

Ağıla sığmayan üsulla QAÇAQMALÇILIQ
Dünya 167

Ukraynadan yola çıxaraq Bolqarıstan üzərindən Türkiyəyə keçmək istəyən xarici nömrə nişanlı bir mikroavtobusun sürücüləri qeyri-adi üsulla qaçaq zinət əşyaları daşıyarkən yaxalanıb.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, kapitan Andreevo gömrük-keçid məntəqəsində Bolqarıstanı tərk etməyə çalışan mikroavtobusda aparılan yoxlama zamanı sürücü və ikinci sürücünün bədənində gizlədilmiş ümumilikdə 4 kilo 592 qram qaçaq qızıl zinət əşyası aşkar edilib.

Gömrük nəzarətinə gələn mikroavtobusda sürücü, ikinci sürücü və 7 sərnişin olub. Onların heç birinin bəyan ediləsi əşyalarının olmadığını bildirməsindən sonra nəqliyyat vasitəsi ətraflı yoxlamaya cəlb edilib. Şəxsi axtarış zamanı sürücü və köməkçisinin qarın nahiyəsində, cins şalvarın kəmər hissəsinin altında sarı metal əşyalar olan paketlər tapılıb.

İkinci sürücünün üzərində aşkar olunan paketlərdə 13 ədəd 24 karatlıq qızıl olmaqla ümumi çəkisi 3 kilo 680 qram, digər sürücünün üzərində isə 912 qram qızıl zinət əşyası müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər