Ağacda dünyaya gələn "möcüzəli körpə" 25 yaşında vəfat edib
2000-ci ildə Mozambikdə baş verən güclü daşqınlar zamanı anası ilə birlikdə ağacın üzərində dünyaya gələn və "möcüzəli körpə" kimi tanınan Rosita Salvador Mabuiango 25 yaşında həyatını itirib. Bu barədə yerli mənbələr məlumat yayıb.
BAKU.WS xəbər verir ki, Rosita uzun müddət qan azlığı (anemiya) xəstəliyindən əziyyət çəkib. Vəziyyəti ağırlaşdıqdan sonra iki həftədən artıq xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Rosita 2000-ci ilin fevralında Mozambikin cənubunda Limpopo çayının daşması zamanı anası Karolina Sesilya Çirindzanın ağaca sığındığı vaxt dünyaya gəlib. Ana və körpə Cənubi Afrika hərbi helikopteri ilə xilas olunmuş, bu anlar dünya mediasında geniş yayılmışdı.
Mozambik Prezidenti Daniel Çapo Rositanın vəfatı ilə bağlı başsağlığı verərək onu ölkədəki qızlar üçün ümid və dözüm simvolu adlandırıb. Hadisə ölkədə səhiyyə sisteminin problemləri ilə bağlı yenidən müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Rusiyada işləmək istəyənlərin NƏZƏRİNƏ
Rusiyada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mütəşəkkil işə qəbulu 1 yanvar 2027-ci il tarixində başlayacaq və 31 dekabr 2029-cu ilə qədər davam edəcə...