Ağ Ev: Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Vaşinqton ABŞ və İran arasında danışıqların davam etdiyini açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu barədə ənənəvi mətbuat brifinqində bildirib.
"Mən bu barədə ABŞ Prezidenti Donald Trampla cəmi bir saat əvvəl danışdım. İran ABŞ ilə danışıqları davam etdirir və ABŞ Ordusu onlara qarşı dağıdıcı zərbələr endirdiyi üçün bizimlə razılaşma əldə etmək istədiyini bildirir", - o deyib.
K.Livitt Tehranın Hörmüz boğazında ticarət gəmilərinə hücum edərək anlaşma memorandumunun şərtlərini pozması səbəbindən ABŞ Ordusunun İrana zərbə endirdiyini vurğulayıb.
"Prezident (Donald Tramp - red.) həmişə diplomatiyaya açıqdır", - o, fikirlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...