ADNOC tankeri Hörmüz boğazında hücuma məruz qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmi (ADNOC) Hörmüz boğazından keçərkən raketlə vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM dövlət informasiya agentliyi məlumat yayıb.
"Hücum nəticəsində heç kim xəsarət almayıb, vəziyyət nəzarətə götürülüb", - bəyanatda bildirilib.
İraqın neft naziri Bəssem Məhəmməd Xudayr Hörmüzdəki vəziyyətə toxunaraq bildirib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri İraq neftinin boğaz vasitəsilə ixracı 75% azalıb.
Onun sözlərinə görə, müharibə başlamazdan əvvəl İraq sutkada təxminən 3,4 milyon barel neft ixrac edirdi. Hazırda isə ölkə gündə təxminən 2,7 milyon barel hasil edir və 1,5 milyondan 1,7 milyon barelə qədər ixrac edir.
Xudayr gələcəkdə ixrac marşrutlarının şaxələndirilməsinin vacibliyini vurğulayıb.
O həmçinin bildirib ki, İraq öz neftinin Hörmüz boğazı vasitəsilə ixrac imkanları barədə İranla dialoq aparır, lakin bu mexanizm hələ ki işləmir.
"Biz İraqdakı neft şirkətlərinə edilən hər hansı hücumu inkar edirik və onlara zərər dəyəcəyi təqdirdə kompensasiya ödəməyə razılaşmışıq", - nazir bildirib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...