Acun Ilıcalının indiki və keçmiş həyat yoldaşlarının oxşarlığı müzakirələr yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
İki gün əvvəl baş tutan məşhur iş adamı Acun Ilıcalının Ayça Çağla Altunkaya ilə toyunun əks-sədası bitmək bilmir.
BAKU.WS xəbər verir ki, paylaşılan toy fotolarının ardından bu dəfə Ayça ilə Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının oxşarlığı müzakirələr yaradıb.
Bu səbəbdən Türkiyə mətbuatında onlar arasında bəzi bənzərliklər açıqlanıb.
Belə ki, Ayçanın gəlinliyindəki tül detalı Şeymanın da Acunla evlənərkən geyindiyi gəlinlikdəki tüllə eyni olub.
Bundan başqa hər ikisinin ad günü iyulun 2-dədir. Şeyma ilə Ayça arasında 9 yaş fərq var.
Onların xarici görünüşündəki bənzərlik də xeyli müzakirələr yaradıb.
Qeyd edək ki, Acun Ilıcalı Şeyma ilə boşandıqdan sonra Ayça Çağla Altunkaya ilə eşq yaşamağa başlayıb. Onlar 4 il sevgili olduqdan sonra iki gün əvvəl evləniblər.
Oxşar xəbərlər
Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı
Ermənistan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı İrana və ya digər qonşu ölkələrə qarşı yönəlmiş heç bir prosesdə iştirak etməyəcək. BAKU.WS xəbər...