ABŞ-yə məxsus qırıcı təyyarə təyyarədaşıyan gəmidən dənizə düşüb
ABŞ-nin F/A-18E Super Hornet tipli qırıcı təyyarəsinin Qırmızı dənizdə hərəkət edən "USS Harry S. Truman" təyyarədaşıyan gəmisinin anqar bölməsinə çəkilərkən nəzarətdən çıxaraq dənizə düşdüyü bildirilib.
BAKU.WS xəbər verir ki, ABŞ mediası insidentin, gəminin Husilərin hücumundan yayınmaq üçün sərt manevr etməsi nəticəsində baş verdiyini yazıb.
Açıqlamada təyyarəni çəkən traktorun da dənizə düşdüyü və bir heyət üzvünün yüngül xəsarət aldığı qeyd olunub. "Təyyarəni çəkən dənizçilər qəza baş verməzdən əvvəl dərhal təhlükəsiz məsafəyə uzaqlaşıblar. Hadisə ilə bağlı araşdırma davam edir", – deyə açıqlamada bildirilib.
Qəzanın "USS Harry S. Truman" gəmisinin əməliyyat qabiliyyətinə təsir etmədiyi vurğulanıb.
Oxşar xəbərlər
Pezeşkian: İran hökuməti xalqın səsini dinləməyə və islahatlara hazırdır
İran Prezidenti Məsud Pezeşkian hökumətin vətəndaşların səsinə açıq olduğunu və ölkədə zəruri islahatların aparılmasına hazır olduqlarını bəyan edib. BAKU.WS re...